Xəbərlər
Mingəçevir Dövlət Universitetində Dayanıqlı İnkişaf Məqsədləri guşəsi yaradılıb

Mingəçevir Dövlət Universitetində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) həsr olunmuş xüsusi guşə yaradılıb.
Həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə reallaşdırılan təşəbbüsün məqsədi tələbə və əməkdaşlar arasında dayanıqlı inkişaf ideyalarının təşviqi, qlobal problemlər və onların həlli yolları barədə məlumatlılığın artırılmasıdır.
Yeni yaradılan guşə vasitəsilə universitet ictimaiyyəti daha yaşıl, daha ədalətli və daha dayanıqlı gələcək naminə maarifləndirici məlumatlarla tanış olmaq imkanı əldə edir.
Qeyd edək ki, bu kimi təşəbbüslər universitetdə sosial məsuliyyətin gücləndirilməsinə və dayanıqlı inkişaf dəyərlərinin formalaşmasına mühüm töhfə verir.





