Xəbərlər
Mingəçevir Dövlət Universitetində iftar süfrəsi təşkil olunub
16/03/2026, 10:06

Ramazan ayı münasibətilə Mingəçevir Dövlət Universitetində ardıcıl iki gün iftar süfrəsi təşkil edilib. Universitet rəhbərliyinin təşəbbüsü ilə baş tutan tədbirdə həmkarlar bir araya gələrək müqəddəs ayın mənəvi dəyərlərini bölüşüblər.
Çıxışlarda Ramazan ayının mərhəmət, paylaşma və birlik rəmzi olduğu vurğulanıb, bu cür görüşlərin kollektiv ruhun gücləndirilməsində mühüm rolu qeyd edilib.
Sonda xeyirli təşəbbüsdə əməyi olanlara təşəkkür edilib, oruc və duaların qəbul olunması arzulanıb, ölkəmizə sülh və firavanlıq diləkləri səsləndirilib.




