Xəbərlər
Mingəçevir Dövlət Universitetində Novruz tədbiri keçirilib

17 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, universitet kollektivi, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Universitetin həyətində təşkil edilən Novruz stendlərində Azərbaycanın müxtəlif bölgələrinə aid milli dəyərlər, ənənəvi mətbəx nümunələri və folklor elementləri nümayiş etdirilib.
Rəsmi çıxışlarda Novruz bayramının milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təcəssümü olduğu vurğulanıb, bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində rolu qeyd edilib.
Tədbir bədii-konsert proqramı ilə davam edib, bayram əhval-ruhiyyəli musiqilər səsləndirilib.
Qeyd olunub ki, universitetdə keçirilən belə tədbirlər milli irsin qorunması ilə yanaşı, ekoloji düşüncə və dayanıqlı inkişaf dəyərlərinin təşviqinə xidmət edir.















