Xəbərlər
Mingəçevir Dövlət Universitetində sağlam həyat təşəbbüsləri

Mingəçevir Dövlət Universitetində əməkdaşların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə yeni layihə həyata keçirilir. Layihə çərçivəsində Mingəçevir şəhərində fəaliyyət göstərən Regional Hospital ilə əməkdaşlığa dair Anlaşma Müqaviləsi imzalanıb. Anlaşmaya əsasən, Universitetin 50 əməkdaşı hospitalda ödənişsiz kompleks tibbi müayinədən (Full Check-up) keçəcək. Müayinələr əməkdaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və erkən diaqnostika məqsədi daşıyır. Həmçinin, Universitetin bütün əməkdaşları və tələbələri üçün hospitalın tibbi xidmətlərinə 20% güzəşt tətbiq ediləcək. Təşəbbüs Həmkarlar İttifaqı Komitəsinin sosial yönümlü fəaliyyətləri çərçivəsində həyata keçirilir və universitet əməkdaşları ilə tələbələrinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyi hədəfləyir.







