Xəbərlər
Mingəçevir şəhər 3 nömrəli "Gülüstan " körpələr evi uşaq bağçasının kollektivi istirahət məqsədli səfər edib.

ETİHİ Mingəçevir Şəhər Komitəsinin təşəbbüsü ilə Mingəçevir şəhər 3 nömrəli "Gülüstan " körpələr evi uşaq bağçasının kollektivi istirahət məqsədli səfər edib. Səfər iştirakçıları işgaldan azad olunmuş öz füsünkar təbiəti və surətlə bərpa olunan siması ilə hər kəsdə qürur hissi doguran Qarabagın ecazkar guşələrini ziyarət ediblər. Bagçanın kollektivi qədim yurd yerlərimizin əsrarəngiz təbiəti,həyata keçirilən geniş miqyaslı yenidənqurma işləri ilə yaxından tanış olub.Vətənimizin hər guşəsində hökm sürən inkişafın şahidi olublar. Səfər iştirakçılarının sözlərinə görə bu səfər onlarda həm böyük qürur hissi yaradıb,həm də zəngin təəssüratlar bəxş edib. Belə təşəbbüslər həmkarların asudə vaxtının səmərəli təşkili ilə yanaşı,onların vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bagçanın kollektivi onlar üçün yaradılan bu gözəl imkana görə ETİHİ Mingəçevir Şəhər Komitəsinə təşəkkürlərini bildirərək,bu cür lahiyələrin davamlı olmasını arzulayıblar.






