“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mingəçevir şəhər İlqar Rüstəmov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi, şəhid Alıyev Tofiq Məhəmməd oğlunun həyat yoldaşı Zümrüd Rüstəmovanın anadan olmasının 65 illik yubileyi,səmərəli pedaqoji fəaliyyətinin 30 illiyi, "Həsrət nağılı"adlı kitabının təqdimatı münasibəti ilə məktəb Həmkarlar Təşkilatının xətti ilə tədbir keçirildi.

06/01/2026, 16:39
xeber1

Yazıçı-publisist Zümrüd Rəhimova özünə məxsus yazı üslubu ilə seçilməyi bacaran,sevilən əsərləri böyük maraq hissi ilə qarşılanan xanım yazarlardan biridir.

Tədbirə dəvət alan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova,yazarlar,

məktəbi bitirmiş məzunlar və məktəb kollektivi tədbirdə iştirak edərək əsl poeziya gecəsini yaşadılar.

Həqiqət Şahmuradova Zümrüd Rəhimovanı "Fəxri fərman"la təltif edərək gül buketi təqdim etdi.

Məktəb kollektivi və Zümrüd Rəhimova ittifaq üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Komitəsinin sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: