Xəbərlər
Mingəçevir şəhər R.Mirabov adına 7 saylı tam orta ümum təhsil məktəbinin kollektivi ekskursiyada.

ETİHİ Mingəçevir Şəhər Komitəsinin dəstəyi ilə təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkili məqsədilə gəzinti və ekskursiya təşkil edilmişdir. Mingəçevir şəhər R.Mirabov adına 7 saylı tam orta ümum təhsil məktəbinin kollektivi Azərbaycanın səfalı yerlərindən olan Goranboy rayon Yuxarı Ağcakənd kəndində bir günlük istirahət ediblər.Ekskursiyanın təşkilində məqsəd kollektiv arasında ünsiyyətin möhkəmləndirilməsi,təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkilidi. Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkür edirik.





