Xəbərlər
Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə dama yarışı keçirilmişdir.

Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə dama yarışı keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova iştirak etmişdir.
Yarışın gedişatına hakim İ.İntiqam və katib G.Həsənova nəzarət etmiş, oyunların şəffaf və rəqabət şəraitində keçməsini təmin etmişlər.
Yarış olduqca maraqlı və mübarizəli keçmişdir.
Qadınlar üzrə:
• I yer: Bağırova Qahirə Allahyar qızı
• II yer: Mahmudova Zülfiyyə Tərlan qızı
• III yer: Adıgözəlova Alidə Adil qızı
Kişilər üzrə:
• I yer: İbrahimov Zahir Vəliyəddin oğlu
• II yer: Məmmədov Namiq Malik oğlu
• III yer: Məmişov İlqar Ədalət oğlu
Tədbirin sonunda çıxış edən H.Şahmuradova qalibləri təbrik edərək, Ulu Öndər Heydər Əliyevin irsinin və idman siyasətinin təhsil işçiləri arasında təbliğinin önəmini vurğulamışdır. Sonda həm qaliblər, həm də yarışın təşkilində əməyi olan hakim və katib mükafatlandırılmışdır.


















