Xəbərlər
Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin “Qartal” komandası “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsində bütün mərhələlərdə uğurla çıxış edən komanda respublika üzrə III yerə layiq görülmüşdür.

May ayının 5-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlaşması münasibətilə təntənəli bağlanış mərasimi keçirilmişdir.
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda ölkənin 45 rayonundan ümumillikdə 165 məktəbi təmsil edən 825 şagird iştirak etmişdir.
Bu mötəbər yarışda Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin “Qartal” komandası regionumuzu təmsil etmişdir. Finalda bütün mərhələlərdə uğurla çıxış edən komanda respublika üzrə III yerə layiq görülmüşdür.
Qeyd edək ki, “Qartal” komandasının qazandığı uğurda Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin idman rəhbəri Hüseynov Maşallah Pirverdi oğlunun böyük əməyi vardır.
ATİAHİ Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova Maşallah müəllimlə görüşərək bu qalibiyyət münasibəti ilə onu təbrik etdi, gələcək işlərində uğurlar arzuladı.
Maşallah müəllim Fəxri fərmanla təltif olundu, mükafatlandırıldı və xatirə şəkili çəkildi.








