“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mingəçevir şəhərində yerləşən Ağdam təhsil müəssisələrində ittifaq üzvləri ilə görüşlər keçirildi

14/11/2025, 14:53
xeber1

14.11.2025-ci il tarixdə Mingəçevirdə fəaliyyət göstərən Ağdam təhsil müəssisələrində həm maarifləndirici, həm də təşkilati görüşlər həyata keçirildi.

Ağdam rayonu 72 nömrəli ümumi orta məktəb

Ağdam rayonu 142 nömrəli tam orta məktəb

Hər iki təhsil müəssisəsində növbədənkənar ilk həmkarlar ittifaqı seçkiləri təşkil olundu. Seçkilər şəffaf və səmərəli şəkildə keçirildi, müəllimlərimizin fəallığı isə xüsusilə diqqət çəkdi.

Ağdam rayonu 51 nömrəli tam orta məktəbdə isə ittifaq üzvləri ilə görüş keçirildi. Üzvləri maraqlandıran suallar dinlənildi, hər birinə ətraflı cavab verildi. Həmçinin həmkarlar ittifaqının məqsədləri, vəzifələri barədə geniş məlumat təqdim olundu.

Bu kimi görüşlər həm müəllimlərimizin maarifləndirilməsi, həm də təşkilatımızın fəaliyyətinin daha da gücləndirilməsi baxımından böyük önəm daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: