Xəbərlər
Mingəçevirdə Novruz Bayramı münasibətilə tədbir keçirildi.

Mingəçevirdə Novruz Bayramı münasibətilə keçirilən ümumşəhər tədbirində Mədəniyyət işçilərinin təqdim etdiyi musiqi nömrələri, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəngarəng rəqsləri,bir çox Mingəçevir şəhər məktəblərinin sərgiləri, pəhlivanların, kəndirbazların, idmançıların yarışmaları, Novruzun özəlliyi olan Dədə Qorduqun Bahar qızla birgə səhnəyə gəlişi və söhbətləri, el bayramının atributları olan Keçəl və Kosanın məzhəkələri, yumurta döyüşləri milli-mənəvi dəyərlərimizin qorunmasını nümayiş etdirirdi. Şəhərin təhsil ocaqlarının, mədəniyyət və idman müəssisələrinin hazırladıqları Novruz bayramını əks etdirən guşələr də baharın gəlişini müjdələyirdi. Bir-birini təbrik edən vətəndaşların çöhrəsində xoş əhval ruhiyyə hiss olunurdu. Hər bir çıxış, musiqi nömrələri alqışlarla qarşılanırdı.














