Xəbərlər
Mingəçevirdə Soyqırımı Günü qeyd olundu.

31 mart Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü münasibəti ilə Mingəçevir Şəhidlər Xiyabanında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Anım tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəsmiləri, Mingəçevir Bələdiyyəsinin, YAP şəhər təşkilatının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəşevir Şəhər Komitəsinin, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb Kollecinin, Turizm Kollecinin rəhbərliyi və təmsilçiləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Soyqırım qurbanlarının ruhuna dualar oxunub.
Tədbir iştirakçıları öncə 1918-ci ilin 30 mart və 3 aprel aralığında daşnak erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların, soyqırım qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək 108 il bundan qabaq Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, ayrı-ayrı dövrlərdə, 1988-94-cü illərdə separatçı ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, törədilən qətliamlardan, işğalçılıq əməllərindən söz açıb











