“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mirzə Ələkbər Sabir adına Kəbirli kənd tam orta ümumtəhsil məktəbində Valdeyinlərlə görüş

29/01/2026, 22:40
xeber1

ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan M. Ə. Sabir adına Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Yusifova Ceyran Qadir qızı, məktəbin Həmkarlar Təşkilatının sədri - Qasımova Roza Mirzə qızı

və məktəbin müəllim heyəti ilə ,təhsil göstəriciləri zəif olan şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşün qış tətili günlərində təşkil olunmasına baxmayaraq, valideynlərin fəal iştirakı diqqət çəkdi.

Səmimi dialoq formatında keçən görüşdə təhsil müəssisəsində tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, məktəb idarəçiliyində səmərəliliyin artırılması, şagirdlərin dərsə davamiyyəti, bilik səviyyəsi və mövcud çətinliklər müzakirə olundu. Məktəb-valideyn, məktəb-şagird əməkdaşlığının vacibliyi tövsiyə edildi. Məktəbdə təlim tərbiyyə işlərinin, müəllim və valideyin münasibətlərində vəzifə öhdəliklərinin layiqincə yerinə yetirilməsi və təhsil prosesinə daha məsuliyyətli yanaşmanın əhəmiyyəti vurğulandı.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçdi və valideynlərin sualları müəllimlər tərəfindən dolğun şəkildə cavablandırıldı.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: