Xəbərlər
İmişli şəhər Nİzami Gəncəvi adına 2 nomrəli Tam orta ümumtəhsil məktəbində "Zəfər sevinci " adlı tədbir keçirildi

İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü böyük sevinc, qürur və vətənpərvərlik ruhu ilə qeyd olunub.
Tədbir zamanı şagirdlər Azərbaycanın şanlı Zəfər tarixini əks etdirən şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Onların ifasında səslənən şeirlər, nümayiş etdirdikləri səhnəciklər və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyindən, xalqımızın birliyindən və şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqdan bəhs olunub. Qeyd edilib ki, 8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, dövlətimizin gücünün və ərazi bütövlüyümüzün bərpasının rəmzidir.
Şagirdlərin böyük həvəslə hazırladıqları çıxışlar bir daha göstərib ki, Zəfər tarixi böyüyən nəslin yaddaşında yaşayır, Vətən sevgisi və dövlətçilik ruhu gələcək nəsillərə ötürülür.
Bu gün hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi doğuran Zəfərimiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində qazanılıb.
Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim ucalarda olsun!













