“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İmişlidə 70 yaşlı pedaqoqun yubileyi qeyd olunub

16/11/2026, 17:27
xeber1

İmişli rayonunda uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, pedaqoji fəaliyyəti və rəhbərlik təcrübəsi ilə seçilən Dərgah Mehdiyevin 70 illik yubileyi qeyd olunub.


Dərgah Mehdiyev uzun illər İmişli rayonunun Hazırüstəmli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb. O, 2003-cü ildən etibarən həmin təhsil müəssisəsinin direktoru vəzifəsində fəaliyyət göstərib. Pedaqoji fəaliyyəti dövründə yüksək peşəkarlığı, təşkilatçılıq bacarığı, prinsipiallığı və işinə məsuliyyətli münasibəti ilə kollektivin hörmətini qazanıb.


Müəllimlik fəaliyyətini yalnız bilik verməklə məhdudlaşdırmayan Dərgah Mehdiyev şagirdlərin dünyagörüşünün formalaşmasına, onların milli-mənəvi dəyərlərə, elmə və mütaliəyə marağının artırılmasına xüsusi önəm verib. Rəhbərlik etdiyi dövrdə məktəbdə nizam-intizamın, peşəkarlığın və sağlam iş mühitinin qorunmasına diqqət yetirib.


Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin sədri Kərim Kərimov tərəfindən Dərgah Mehdiyevə rayon komitəsinin Fəxri Fərmanı təqdim olunub, yubiley münasibətilə hədiyyələr verilib.


Qeyd edək ki, pedaqoji fəaliyyətini başa vuraraq hazırda təqaüddə olan Dərgah Mehdiyevin 70 illik yubileyinin qeyd olunması onun təhsil sahəsindəki çoxillik əməyinə və xidmətlərinə göstərilən ehtiramın ifadəsidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: