Xəbərlər
İmişlidə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Noyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya İmişli şəhərinin Zəfər prospektinin sağ hissəsində həyata keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, RİH-nin məsul əməkdaşları həmçinin ictimaiyyətin fəal üzvləri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd 8 Noyabr – Zəfər Gününün əhəmiyyətini gənc nəsil arasında təbliğ etmək, ekoloji mühitin qorunmasına töhfə vermək, yaşıllaşdırma işlərini genişləndirmək və vətənpərvərlik ruhunu gücləndirməkdən ibarət olub. Aksiya çərçivəsində 500-ə yaxın müxtəlif növ ağac əkilib, yeni tinglər suvarılıb, ərazidəki mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.













