Xəbərlər
İmişlidə ağacəkmə aksiyası keçirildi
13/03/2026, 16:32

İmişli rayon üzrə təhsil sektoru,ETİHİ-nin İmişli rayon komitəsinin birgə təşkilatçılığı ilə İmişli şəhər 2 nömrəli uşaq bağçasında “Şəhərsalma və memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də rayonda ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaqdır.








