Xəbərlər
İmişlidə “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunu keçirilib. Hərbi-idman oyununda İmişli rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət 8 komanda iştirak edib.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Oyunun nəticələrinə əsasən:
Qızılkənd kənd tam orta ümumtəhsil məktəbin “Turan” komandası I yer,
Aranlı kəndi 1 nömrəli tam orta ümumtəhsil
məktəbin “Aran” komandası II yer,
Çaxırlı kənd tam orta ümumtəhsil
məktəbin “Sərhədçi” komandası isə III yerə layiq görülüblər.
Qalib komandalar diplom və fəxri fərmanla qiymətli hədiyyələrlə təltif ediliblər.









