Xəbərlər
İmişlidə Zərifə Əliyevanın 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi və çoxşaxəli fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrin heç zaman unudulmayacağı vurğulanıb.







