Xəbərlər
MİLLİ QƏHRƏMAN ŞÜKÜR HƏMİDOV — VƏTƏNƏ SƏDAQƏTİN, CƏSARƏTİN VƏ QƏHRƏMANLIĞIN RƏMZİ

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən, adı xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Milli Qəhrəmanımız Şükür Həmidovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şükür Həmidov Vətən sevgisini sözdə deyil, əməldə sübut edən, torpaqlarımızın azadlığı uğrunda həyatını mübarizəyə həsr edən igid Azərbaycan oğlu idi. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi igidliklə xalqımızın qəlbində xüsusi yer qazandı. Ömrünü hərbi xidmətə, torpaqlarımızın müdafiəsinə həsr edən qəhrəmanımız 2020-ci ildə Vətən müharibəsində də böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı.
Qubadlı torpağının yetirməsi olan Şükür Həmidovun həyat yolu hər birimiz üçün vətənpərvərlik, mərdlik və fədakarlıq nümunəsidir. Onun adı təkcə bir qəhrəmanın adı deyil, doğma torpağına bağlılığın, milli qürurun və azadlıq uğrunda mübarizənin təcəssümüdür.
Qəhrəmanlar ölmürlər! Onlar xalqının yaddaşında, tarixinin şanlı səhifələrində və gələcək nəsillərin qəlbində əbədi yaşayırlar. Şükür Həmidovun bizə miras qoyduğu Vətən sevgisi və mübarizə ruhu daim yaşayacaq, onun qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!
Qəhrəmanımızla fəxr edirik! Qubadlımızın, Azərbaycanın başıuca oğlunun əziz xatirəsi qarşısında baş əyirik!



