Xəbərlər
M.Məmmədov adına 37 nömrəli məktəbdə “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüş keçirilib

M.Məmmədov adına 37 nömrəli məktəbdə “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüş keçirilib.
Görüş zamanı iştirakçılara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həmkarlar ittifaqı üzvləri üçün istifadəyə verdiyi “AHİKPlus” mobil tətbiqinin məqsədi,üstünlükləri və istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Yalnız həmkarlar ittifaqları üzvləri üçün nəzərdə tutulan tətbiq vasitəsilə tibb,təhsil,gündəlik alış-veriş və digər xidmət sahələrində sosial tərəfdaş müəssisələrin təqdim etdiyi xüsusi endirim və bonuslardan yararlanmağın mümkünlüyü izah edilib.
Tətbiqdə qeydiyyatdan keçmək,şəxsi kabinet yaratmaq və tərəfdaş məntəqələrdə QR kod texnologiyası vasitəsilə güzəştləri aktivləşdirmək qaydaları əyani şəkildə izah olunub.
Tədbirdə “AHİKPlus” tətbiqinin maarifləndirilməsində ETİHİ Respublika Komitəsinin əməkdaşı Sevinc Ələkbərova və ETİHİ Nərimanov Rayon Komitəsinin əməkdaşları iştirak ediblər.











