“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Molla Nəsrəddin”in 120 ili: Maarifçilik ənənəsi bu gün də yaşayır

07/04/2026, 19:06
xeber1

Bugün Azərbaycan mətbuat tarixində mühüm yer tutan Molla Nəsrəddin jurnalı-nın 120 illiyi qeyd olunur.


1906-cı ildə Cəlil Məmmədquluzadə tərəfindən yaradılan bu jurnal təkcə bir nəşr deyil, bütöv bir maarifçilik hərəkatı idi. Onun ətrafında Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar kimi ziyalılar birləşərək cəmiyyətin geridə qalmış tərəflərini tənqid edir, savadsızlıqla, fanatizmlə və ədalətsizliklə mübarizə aparırdılar.


“Molla Nəsrəddin” jurnalının əsas məqsədi xalqı oyatmaq, düşünməyə sövq etmək və maarifləndirmək idi. Bu jurnalın dili sadə, üslubu isə kəskin və təsirli idi — o, güzgü kimi cəmiyyətin problemlərini göstərir, insanları dəyişməyə çağırırdı.


Bu gün isə həmin missiyanı davam etdirənlər sırasında müəllimlər xüsusi yer tutur. Cəlil Məmmədquluzadə və onun tərəfdarlarının ideyaları bu gün sinif otaqlarında yaşayır. Müasir müəllimlər yalnız bilik ötürən deyil, eyni zamanda düşünən, sorğulayan və cəmiyyətə faydalı fərdlər yetişdirən maarifçilərdir.


Bu gün “Molla Nəsrəddin” ənənəsini yaşadan bütün müəllim həmkarlarımız - siz müəllimlərimiz əməyinizlə savadlı, tənqidi düşünən və vətəndaş mövqeyi olan bir fərdlər formalaşdırırsınız..

Sizlər Cəlil Məmmədquluzadə ideyalarının bu günkü davamçılarısınız.


Gələcəyin qurucuları olan gənclərin yetişməsində göstərdiyiniz fədakarlıq, əsl maarifçilik nümunəsidir.

Minnətdarıq və hər zaman yanınızdayıq!

Sosial şəbəkələrdə paylaş: