“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müdrik və şərəfli ömrün zirvəsində olanlara minnətdarıq

29/01/2026, 14:14
xeber1

ETİHİ Şəki Şəhər Komitəsinin illik "Fəaliyyət Planı" çərçivəsində sosial yönümlü fəaliyyətin mühüm istiqamətlərindən biri kimi ittifaq üzvlərinin yubiley yaşlarının qeyd olunması mütəmadi olaraq həyata keçirilir. 


Təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş hər bir ittifaq üzvünün yubiley tədbirlərinin keçirilməsi onların əməyinə verilən dəyərin bariz nümunəsidir. Bu cür tədbirlər yubilyarların üzlərində məmnunluq və qürur hissi yaratmaqla yanaşı, onlara göstərilən diqqət və qayğının ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, yubiley mərasimləri gənc nəsil üçün də nümunə olmaqla, təhsil işçilərinin zəhmətinin yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir və həmrəyliyin, birlik ruhunun möhkəmlənməsinə töhfə verir.

Qeyd edək ki, sözügedən fəaliyyət çərçivəsində 2025-ci il ərzində 153 nəfər,2026-cı ilin ilin ilk ayında isə 15 ittifaq üzvünün yubiley yaşı qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: