Xəbərlər
Müəllim adı ən uca addır!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Həsənsu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Yaqubəliyeva Nənəxanım Arif qızının 65 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdə məktəbin rəhbərliyi müəllim kollektivi və həmkarlar ittifaqının nümayəndələri iştirak etmişlər. İlk öncə Nənəxanım müəllimənin uzunillik pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr, gənc nəslin tərbiyəsində göstərdiyi fədakar əməyindən bəhs edilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi adından yubilyara səmimi təbriklər çatdırılmış, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulanmışdır. Nənəxanım Arif qızının təhsildəki xidmətləri yüksək qiymətləndirilərək ona xatirə hədiyyəsi təqdim olunmuşdur.
Tədbirin sonunda yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmiş, bu cür görüşlərin müəllim əməyinə verilən dəyərin bariz nümunəsi olduğunu vurğulamışdır. Yubiley tədbiri xoş ovqat, səmimi çıxışlar və xatirə şəkilləri ilə yadda qalmışdır.
Tədbir zamanı xüsusi olaraq qeyd edilmişdir ki, cənab Prezident İlham Əliyevin təhsilə və müəllim əməyinə verdiyi yüksək dəyər danılmazdır. Dövlət başçısının təhsil sahəsinin inkişafı, müəllimlərin sosial rifahının yaxşılaşdırılması və onların cəmiyyətdə nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət tədbir iştirakçıları tərəfindən böyük minnətdarlıqla vurğulanmışdır. Cənab Prezidentin təhsil işçilərinə göstərdiyi daim diqqət və qayğıya görə dərin təşəkkür ifadə olunmuşdur.
Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin fəaliyyəti yüksək qiymətləndirilmiş, onun təşəbbüsü ilə həyata keçirilən yeniliklər və görülən məqsədyönlü işlər həmkarlar ittifaqı üzvləri tərəfindən təqdir olunmuşdur. Qeyd edilmişdir ki, son bir il ərzində həmkarlar ittifaqının fəaliyyəti daha da fəallaşmış, sistemli və müasir yanaşma ilə yüksək və gözəçarpan səviyyədə öz bəhrəsini vermişdir. Bu fəaliyyət təhsil işçiləri arasında məmnunluqla qarşılanmış və dərin təşəkkürlə ifadə edilmişdir.




