Xəbərlər
Müəllim adına böyük ehtiram.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fərqanə Cavadovanı 65 illik yubileyi münasibətilə təbrik etdik.
Yubiley münasibətilə ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, zəhmətinə və fədakar əməyinə görə təşəkkür bildirilmişdir. Tədbir iştirakçıları Fərqanə müəllimin həm bir pedaqoq, həm də bir insan kimi qazandığı nüfuzdan söz açaraq, ona ən xoş arzularını çatdırmışlar.Göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıq ifadə olunaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri cənab Araz Pashayev ə təşəkkür bildirilmişdir.Qeyd olunmuşdur ki, son bir il ərzində təhsil işçilərinə göstərilən diqqət və qayğı ən yüksək səviyyədə olmuş, xüsusilə onların istirahətinin təşkili və sosial hüquqlarının müdafiəsi sahəsində görülən işlər kollektiv tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Kollektiv təhsil işçilərinə göstərilən bu diqqət və qayğıya görə dərin təşəkkürünü bildirmişdir.




