“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim adına verilən dəyər

21/05/2026, 09:22
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Kolxəlfəli kənd tam orta məktəbində kollektivlə səmimi görüş keçirildi. Görüş zamanı məktəbin müəllimi Füqüra Yusifova və işçisi Rayət Şabanov 65 illik yubileyləri münasibətilə təbrik olundular, onlara uzun ömür, möhkəm cansağlığı və xoş günlər arzulandı.Kollektivlə keçirilən görüş hər kəsdə xoş təəssürat yaratdı və xüsusi vurğulandı ki, həmkarlar ittifaqının üzvlərə göstərdiyi diqqət və qayğı insanlar tərəfindən böyük razılıqla qarşılanır. Qeyd olundu ki, uzun illər ərzində təhsilin inkişafına sərf olunan əməyin dəyərləndirilməsi, yubiley və təqaüdə yola salınma mərasimlərində üzvlərə göstərilən yüksək ehtiram və diqqət hər bir insan üçün qürurverici və sevindirici haldır.

Görüş iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirərək qeyd etdilər ki, son illərdə həmkarlar təşkilatının fəaliyyətində müsbətə doğru böyük dəyişikliklər və yeniliklər açıq şəkildə hiss olunur. Bu diqqət və qayğı isə həmkarlar üzvlərinin təşkilata olan inamını və bağlılığını daha da artırır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: