“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim əməyi

18/05/2026, 09:07
xeber1

Göyçay rayonu Əlvan Əsgərov adına Bəydövül kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən coğrafiya müəllimi Alim Məhərrəmov öz zəhməti, yaradıcı fəaliyyəti və müəllim peşəsinə olan sevgisi ilə seçilən gənc pedaqoqlardandır. 


Fənn aylığı çərçivəsində həyata keçirdiyi maraqlı layihələr, şagirdlərlə birlikdə hazırladığı müxtəlif maketlər və nümunəvi fəaliyyətlər onun peşəsinə necə məsuliyyətlə yanaşdığını bir daha nümayiş etdirir. Şagirdlərin dərsə marağının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər yüksək dəyərləndirilir.


Belə müəllimlərin əməyi danılmazdır. Çünki onlar yalnız bilik öyrətmir, həm də gələcəyin savadlı və vətənpərvər gənclərinin formalaşmasına böyük töhfə verirlər. Alim müəllimə gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq! 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: