Xəbərlər
Müəllim əməyinə verilən dəyər

Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin kollektivinin təşkil etdiyi bu səmimi tədbir məktəbdə hökm sürən birlik, hörmət və doğmalıq mühitini bir daha nümayiş etdirdi. Uzun illər ərzində şagirdlərin təlim-tərbiyəsində böyük zəhmət çəkmiş, öz bilik və təcrübələrini gələcək nəsillərə ötürmüş müəllimlərin təqaüdə yola salınması təkcə bir vida mərasimi deyil, həm də onların əməyinə verilən yüksək dəyərin ifadəsidir. Belə görüşlər müəllimlərin fəaliyyətinə verilən qiymət olmaqla yanaşı, gənc pedaqoqlara da örnəkdir.
İsti süfrə arxasında keçən xoş söhbətlər, xatirələrin bölüşülməsi, müəllimlərə ünvanlanan səmimi təşəkkür və xoş arzular onların uzun illər çəkdikləri zəhmətin unudulmadığını göstərir. Əminik ki, ömürlərinin yeni mərhələsinə qədəm qoyan dəyərli müəllimlərimiz bundan sonra da öz həyat təcrübələri, müdrik məsləhətləri və nümunəvi şəxsiyyətləri ilə cəmiyyətimizə fayda verməyə davam edəcəklər.
Təqaüdə ayrılan bütün müəllimlərimizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və bundan sonrakı həyatlarında xoş günlər arzulayırıq. Onların təhsilimizə verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.



