Xəbərlər
Müəllim əməyinə verilən dəyər
19/10/2026, 14:40

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsi tərəfindən Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin müəllimi Babayeva Minayə Hadı qızı 65 illik yubileyi münasibətilə təbrik olunub.Təbrik zamanı müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin təlim-tərbiyəsində və milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rolu vurğulanıb. Uzun illər pedaqoji fəaliyyət göstərən müəllimlərin əməyinə verilən dəyərin, onların diqqət və qayğı ilə əhatə olunmasının əhəmiyyəti qeyd edilib. Yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və həyatının bundan sonrakı illərində xoş günlər arzulayıblar.





