“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim əməyinə verilən dəyər

26/10/2026, 11:20
xeber1

Bərdə rayonunun Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Qənbərova Lətafət Qənbər qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri məktəbi ziyarət edərək yubilyar müəllimə 65 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı Lətafət Qənbərovanın təhsil sahəsindəki pedaqoji fəaliyyəti və gənc nəslin təlim-tərbiyəsindəki əməyi qeyd olunub.

Yubilyar müəlliməyə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda Qənbərova Lətafət Qənbər qızına fəxri fərman və hədiyyə təqdim olunub.

Yubilyar müəllim göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: