“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim əməyinə verilən dəyər və diqqət

02/11/2026, 16:16
xeber1

ETİHİ Masallı Rayon Komitəsi təhsil işçilərinin əməyinin qiymətləndirilməsini, onların qayğı və problemləri ilə maraqlanılmasını, hüquq və mənafelərinin qorunmasını daim diqqətdə saxlayır. Müəllimlərə göstərilən diqqət və qayğı, onların uzunillik zəhmətinin layiqincə dəyərləndirilməsi həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindəndir.

Bu istiqamətdə ETİHİ Masallı Rayon Komitəsinin təsir dairəsində fəaliyyət göstərən Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Abdullayeva Xətayı Əlövsət qızının 65 illik, Həbişli Azər Məhəmməd oğlunun isə 50 illik yubileyi və pedaqoji fəaliyyətinin 30 illiyi münasibətilə onlarla görüş keçirilib.

Görüşdə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev yubilyar müəllimləri təbrik edərək, onların təhsil sahəsindəki zəhmətini, pedaqoji fəaliyyətlərini və gənc nəslin yetişdirilməsindəki xidmətlərini yüksək qiymətləndirib, onlara möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.

Sonda yubilyar müəllimlərə Fəxri Fərman və hədiyyələr təqdim olunub. Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Yubilyar müəllimlərimizi bir daha təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı və pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: