“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim əməyinə yüksək dəyər

06/10/2026, 10:23
xeber1


5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ETİHİ Şabran Rayon Komitəsinin dəstəyi ilə təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.


Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək bütün müəllim və təhsil işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib, müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı və vətənpərvər nəslin yetişdirilməsində mühüm rolunu vurğulayıb.


Tədbir zamanı müəllim və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan bəhs olunub, onların fədakar əməyinə yüksək qiymət verilib.

Sonda təhsildə fərqlənən və uzun illər səmərəli pedaqoji fəaliyyəti ilə seçilən bir qrup təhsil işçisi Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.


Bütün müəllim və təhsil işçilərini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir daha təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: