Xəbərlər
Müəllim əməyinə yüksək dəyər

Beynəlxalq Müəllimlər Günü münasibət ilə 2 oktyabr 2026-cı il tarixdə Yardımlı rayonunun müxtəlif təhsil müəssisələrində müəllimlərlə görüşlər keçirilib.
Belə ki, ETİHİ Respublika Komitəsinin sektor müdiri Əli Rzayev və ETİHİ Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov rayonun Arvana, Avaş, Hamarkənd, Vərgədüz kənd tam orta, Horoni kənd ümumi orta məktəblərində müəllim kollektivləri ilə görüşərək onların bayramını təbrik ediblər.
Görüşlərdə müəllim əməyinin cəmiyyətimizin və gələcəyimizin formalaşmasındakı əvəzsiz rolu vurğulanıb, təhsil sahəsində fərqlənən müəllimlərə xoş arzular çatdırılıb və hədiyyələr təqdim olunub.
Müəllimə göstərilən diqqət və ehtiram gələcəyimizə verilən ən böyük dəyərdir.
Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, səbir və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq!







