Xəbərlər
"Müəllim – gələcəyə işıq saçan müqəddəs peşə sahibidir!" adlı tədbir keçirilib
06/10/2026, 18:42

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə olaraq kollektivlə görüş keçirib.
Uzun illər təhsil müəssisəsində çalışaraq gənc nəslin yetişməsinə və təlim-tərbiyəsinə töhvələr verən Daşpoladova Arzu Zülal qızı, Qəhrəmanova Məlahət Yusif qızı və Rzayev Ağali Nadir oğlu komitə sədri tərəfindən təbrik edilib.
Görüş zamanı müəllimlərə göstərdikləri fədakar əməyə görə təşəkkür ifadə olunub, onlara möhkəm cansağlığı, ailə səadəti və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulanıb.






