Xəbərlər
Müəllim kollektivi üçün asudə vaxt gəzintisi təşkil edilib

Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə 2 nömrəli körpələr evi–uşaq bağçasının müəllim kollektivi üçün asudə vaxtın səmərəli təşkili məqsədilə gəzinti təşkil olunub.
Səfər iştirakçıların gündəlik iş yükündən uzaqlaşaraq təbiətin gözəlliklərindən zövq almalarına, mənəvi istirahət etmələrinə və kollektiv həmrəyliyinin daha da möhkəmlənməsinə şərait yaradıb. Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən gəzinti zamanı müəllimlər maraqlı söhbətlər edib, xatirə şəkilləri çəkdirib, birlik və əməkdaşlıq münasibətlərini daha da gücləndiriblər.
Belə sosial və mədəni tədbirlər kollektiv üzvlərinin motivasiyasının artırılması, sağlam istirahət vərdişlərinin təşviqi və iş mühitində müsbət atmosferin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
2 nömrəli körpələr evi–uşaq bağçasının müəllim kollektivi göstərilən diqqət və qayğıya, eləcə də yaradılan xoş istirahət şəraitinə görə Göyçay RK-na səmimi minnətdarlığını bildirir. Bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyinə inam ifadə olunub.




