“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim kollektivi üçün növbəti ekskursiya təşkil edilib

03/07/2026, 09:14
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay şəhəri Ə.Q. Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi üçün ekskursiya təşkil olunub.


Ekskursiyanın məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, tarixi-mədəni irsimizin daha yaxından tanıdılması və kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsi olub.


Səfər iştirakçıları zəngin tarixi, qədim memarlıq abidələri və füsunkar təbiəti ilə seçilən bölgənin görməli məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar.


ETİHİ Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtının səmərəli təşkili və onların mənəvi dəyərlərinin inkişafına xidmət edən bu cür layihələri bundan sonra da davam etdirəcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: