Xəbərlər
Müəllim kollektivi üçün növbəti gəzinti turu təşkil olunub.
08/07/2026, 14:50

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin dəstəyi ilə bir qrup müəllim kollektivi üçün Şəkiyə gəzinti turu təşkil olunub. Tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir. Kollektiv üzvləri onlar üçün təşkil olunmuş bu gözəl səfərə və yaradılmış hərtərəfli şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.








