Xəbərlər
Müəllim ömrü.
23/01/2026, 12:35

Quba şəhər H.Hüseynov adına 4 nömrəli humanitar fənnlər təmayüllü məktəb liseyin həmkar üzvləri, ingilis dili müəllimi Təranə Kərimova, Azərbaycan dili və ədəbiyyat müəllimi Mehparə Musayeva və ibtidai sinif müəllimi Səbahət Bayramova 65 illik yubileyləri münasibətilə məktəbin direktoru Paşa Süleymanov və ETİHİ Quba rayon komitəsi sədri Vüsalə Kərimova tərəfindən təbrik edilmişlər. Pedaqoqlarımızın uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsinə verdikləri dəyərli töhfələr, peşəkarlıqları və nümunəvi müəllimlik fəaliyyətləri hər zaman böyük hörmətlə xatırlanır. Müəllimlərimizin hər birinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.



