“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim ömrü

12/03/2026, 22:40
xeber1

Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbin mötəbər, ziyalı müəllimələrindən biri olan Bəhriyyə müəllimənin 65 illik yubileyi qeyd olundu.

Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq yubilyarı çalışdığı məktəbdə ziyarət edərək onu səmimi qəlbdən təbrik etdik. Kollektivlə birlikdə keçirilən görüş zamanı müəlliməyə xoş sözlər söylənildi, ona uzun ömür, möhkəm can sağlığı və gələcək həyatında uğurlar arzulandı.

Qeyd olundu ki, uzun illər təhsil sahəsində çalışan müəllimlərin əməyinin qiymətləndirilməsi və onlara göstərilən diqqət hər zaman yüksək səviyyədədir.

Məktəbin kollektivi də öz növbəsində təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə dərin təşəkkürlərini bildirdi.

Sosial şəbəkələrdə paylaş: