“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim ömrü

28/04/2026, 10:15
xeber1

Ağcabədi rayonu Hikmət Əliyev adına Boyat kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi Quliyeva Zəminənin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

İbtidai sinif müəllimi olan Zəminə müəllimə şagirdlərə təməl bilik və bacarıqların aşılanması, dövlət təhsil standartlarına uyğun təlim prosesinin təşkili, şagirdlərin şəxsiyyət kimi formalaşması və psixoloji-pedaqoji inkişafının təmin edilməsi istiqamətində uzun illər ərzində səmərəli fəaliyyət göstərmişdir. O, eyni zamanda valideynlərlə sıx əməkdaşlıq edərək tərbiyə işlərinin yüksək səviyyədə qurulmasına nail olmuşdur.

Quliyeva Zəminə müəllimə 65 illik yubileyi münasibətilə və vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: