Xəbərlər
Müəllim ömrünə ehtiram!
Bu gün Pirallahı rayonunun 168 və 235 nömrəli ümumtəhsil məktəblərində uzun illər şərəflə çalışmış, hazırda təqaüddə olan dəyərli müəllimləri ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən evlərində ziyarət olundu.Tarix fənnini tədris etmiş Sadıxova Səkinə İsa qızı və fizika fənnini tədris etmiş Yusubova Zeynəb Əli qızı ilə keçirilən səmimi görüş zamanı onların zəngin pedaqoji fəaliyyəti, yetişdirdikləri şagirdlər və təhsil yolunda göstərdikləri fədakarlıq böyük hörmət və minnətdarlıqla xatırlandı. Bu cür görüşlər təhsil tariximizə dəyər qatmış ziyalılarımıza ehtiramın, müəllim əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Müəllimlik ömür boyu davam edən müqəddəs bir peşədir və bu dəyərli müəllimlərimizə möhkəm cansağlığı, uzun ömür, xoş günlər arzulayır, təhsilə verdikləri əvəzsiz töhfələrə görə dərin təşəkkürümüzü bildiririk.





