“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllim ömrünə ehtiram

03/11/2026, 14:55
xeber1

Bərdə şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri Səmədova Şəkər Gəray qızının və Alıquliyeva Fəridə Həsən qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri məktəbi ziyarət edərək yubilyar müəllimlərlə görüşüb.

Görüş zamanı müəllimlərin uzun illər ərzində təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri və pedaqoji əməyinin əhəmiyyəti vurğulanıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən yubilyar müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Səmədova Şəkər Gəray qızını və Alıquliyeva Fəridə Həsən qızını 65 illik yubileyləri münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: