“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib

03/10/2026, 15:40
xeber1

02 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsil işçilərinin peşə bayramına həsr olunmuş “Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib.


Mərdəkan qəsəbəsində yerləşən “Qoşa Qala” restoranında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, ETİHİ Xəzər Rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də rayonun təhsil işçiləri iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib, müəllimlərin gənc nəslin formalaşmasında, onların milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.


ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova çıxışında təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsi, sosial rifahının yüksəldilməsi və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həmkarlar ittifaqı tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, təhsil işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib.


Çıxış edən digər natiqlər – Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov və S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev müəllim əməyinin cəmiyyətin inkişafında və dövlətin gələcəyinin formalaşmasında əhəmiyyətindən bəhs ediblər. Natiqlər təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisinə Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və ETİHİ Xəzər Rayon Komitəsinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub.


Tədbir müğənnilərin iştirakı ilə təqdim olunan geniş konsert proqramı ilə davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: