“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimimizi 65 illik yubileyi münasibətilə təbrik etdik!

05/01/2026, 21:12
xeber1

Hər bir insanın həyatında dünyagörüşünün və düşüncə tərzinin inkişafında mühüm rol oynayan insanlar vardır. Ömürlərini gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlərimizin zəhməti, fədakarlığı və peşəkarlığı daim yüksək qiymətləndirilmişdir. 05 yanvar 2025-ci il tarixdə Quba şəhər A.Məmmədov adına 2 saylı təbiət fənnləri təmayüllü məktəb-liseyin riyaziyayt müəllimi Mətanət Manafovanın 65 illik yubileyi münasibətilə təbrik etdik. Məktəb-liseyin direktoru Lalə Bədəlova Mətanət müəllimin illər boyu gənc nəslin formalaşmasında gördüyü işləri xüsusi olaraq qeyd etdi. ETİHi Quba rayon komitəsinin sədri Vüsalə Kərimova müəlliməyə iş fəaliyyətində yeni uğurlar, uzun ömr və can sağlığı arzuladı.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: