“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimimizi tanıyaq

20/02/2026, 09:16
xeber1

Cəbrayılov Samir Adil oğlu 1986-cı il fevral ayının 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1992-ci ildə Xaçmaz kənd M.F. Axundov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

   2003-cü ildə Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş, 2010-cu ildə həmin universiteti bitirmişdir. 2004-cü ildə hərbi xidmətə getmiş, 2006-cı ildə ehtiyata buraxılmışdır.

   2008-ci ildən Oğuz rayonu Xaçmaz kənd 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərir.

     2016–2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında 1 şagirdi gümüş medal qazanmışdır. 2017–2018-ci tədris ilində 2 şagirdi bürünc medal qazanmışdır. 2018–2019-cu tədris ilində 1 şagirdi qızıl, 2 şagirdi gümüş medal qazanmışdır. 2019–2020-ci tədris ilində 1 şagirdi qızıl (birincilərin birincisi), 1 şagirdi gümüş, 1 şagirdi bürünc medal qazanmışdır. 2020–2021-ci tədris ilində 1 şagirdi qızıl medal qazanmışdır. 2021–2022-ci tədris ilində 1 şagirdi gümüş medal qazanmışdır. 2022–2023-cü tədris ilində 1 şagirdi qızıl medal qazanmışdır. 2023–2024-cü tədris ilində 1 şagirdi gümüş, 2 şagirdi bürünc medal qazanmışdır. 2024–2025-ci tədris ilində 1 şagirdi qızıl, 1 şagirdi gümüş medal qazanmışdır.

       Diaqnostik balı 54, sertifikasiya balı isə 58 olmuşdur. Uğurlarına görə 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ilin yanvar ayında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “İlin peşəkar gənci” müsabiqəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli 2942 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

Müəllimə gələcək fəaliyyətində uğurlar arzu edirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: