Xəbərlər
"Müəllimin Gücü" intelektual yarış keçirildi

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Göyçayda yadda qalan tədbir keçirilib. Göyçay Rayon Təhsil Sektoru və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin birgə təşkilatçılığı ilə reallaşan “Müəllimim Gücü” adlı intellektual yarış müəllimlərin bilik, dünyagörüş və peşəyə bağlılığını nümayiş etdirib.
Tədbir şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Yarışda 17 komanda iştirak edib, müxtəlif sahələri əhatə edən 30 sual üzrə mübarizə aparılıb.
Nəticələr:
🥇 I yer – Göyçay şəhər M.Füzuli adına 6 saylı məktəb
🥈 II yer – Göyçay rayon 1 saylı Ləkçıplaq kənd məktəbi
🥉 III yer – Göyçay rayon Qarabaqqal kənd məktəbi
Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.



