Xəbərlər
Müəllimlər arasında basketbol yarışı keçirilib.
14/04/2026, 14:58

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışları çərçivəsində Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri və təhsil işçiləri arasında basketbol oyunu təşkil olunaraq keçirilib.
Yarışda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ Rayon Komitəsinin kişilərdən ibarət yığma basketbol komandası da iştirak edib.






