Xəbərlər
Müəllimlər arasında intellektual bilik yarışı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin
Ağstafa Rayon İcra Hakimiyyətinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektorunun birgə
təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş müəllimlər arasında intellektual bilik yarışı keçirildi.
Yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 12 komanda iştirak etdi.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun məsul şəxsləri iştirak etdilər. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
İntellektual yarışın əsas məqsədi Zəfər tariximizin təbliği, müəllimlər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi biliklərin artırılması və kollektivlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən:
I yer– Qaçaq Kərəm kənd tam orta məktəbinin “Kəlbəcər” komandası;
II yer– Həsənsu kənd tam orta məktəbinin “Azərbaycan” komandası;
III yer – Ağstafa şəhər 1 nömrəli tam orta məktəbinin “Zəngilan” komandası.
Sonda qalib komandalar mükafatlandırıldı, iştirakçılara təşəkkür bildirildi.









