“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər arasında Nə? Harada? Nə zaman? intellektual yarışı təşkil olunub

08/05/2026, 10:01
xeber1

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Tovuz Rayon Yeni Azərbaycan Partiyası və ETİHİ Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə Rayon müəllimləri arasında Nə? Harada? Nə zaman? intellektual yarışı təşkil olundu. Bu yarış bir daha sübut etdi ki, müəllim olmaq yalnız öyrətmək deyil, həm də daim öyrənmək, düşünmək və inkişaf etmək deməkdir. Yarış boyunca iştirakçılar öz bilikləri, çevik düşüncələri və komanda ruhları ilə seçildilər. Bu cür tədbirlər tək qalibləri deyil, ümumilikdə maarifçiliyi və intellektual səviyyəni gücləndirir. Çünki, güclü cəmiyyət savadlı müəllimlərdən başlayır. Yekunda qalib komandalar kubok və qiymətli hədiyyələr ilə təltif edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: