“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Müəllimlər Günü” münasibətilə D.Nəbiyev adına 178 nömrəli tam orta məktəbin üzvləri üçün şam yeməyi təşkil etdik

05/10/2026, 14:31
xeber1

Bəzən bir süfrə sadəcə şam yeməyi deyil…Birlikdə oturmaq, söhbət etmək, xatırlanmaq və dəyərli olduğunu hiss etməkdir..

“Müəllimlər Günü” münasibətilə D.Nəbiyev adına 178 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı üzvləri üçün şam yeməyi təşkil etdik. Uzun müddət həmkarlar ittifaqının təşkil etdiyi tədbirlərdən və imkanlardan kənarda qalan kollektivin sevincini görmək bizim üçün də çox xoş oldu. Səmimi söhbətlər, gülüşlər və “bizi də düşündünüz” deyən həmkarlarımızın sözləri bu görüşün ən gözəl anları idi..

Çünki həmkarlar ittifaqı yalnız sənədlər, iclaslar və qərarlardan ibarət deyil.. Həmkarlar ittifaqı həm də insanın yanında olmaq, onu eşitmək, ona dəyər vermək və “sən bizim üçün önəmlisən” deməkdir..

178-də yeni bir səhifə açılır..İnanırıq ki, bundan sonra hər bir üzv öz təşkilatının imkanlarını hiss edəcək, birlik və həmrəylik daha da güclənəcək.

Müəllimlər Gününüz mübarək, əziz həmkarlar!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: